Co Bayden Qəzzada atəşkəs tələb edən İordaniya kralı ilə görüşdü

DÜNYA bölməsi

13:44 - 13 Fevral 2024

 Co Bayden Qəzzada atəşkəs tələb edən İordaniya kralı ilə görüşdü

İsrailin bu hücumları heç bir müsəlman üçün məqbul deyil.

Yenipress.az xəbər verir ki, bunu İordaniya Kralı Abdullah bin Hüseyn ABŞ Prezidenti Co Baydenlə görüşdə Qəzzada atəşkəs planı ilə bağlı danışarkən deyib.

“Bu münaqişələrdə mülki vətəndaşlar və günahsız uşaqlar da daxil olmaqla, 27 mindən çox fələstinli həlak olub. Rəfaha sürgün edilən bir milyondan çox insanın şəraiti isə dözülməzdir. Biz dayanıb bunun davam etməsinə icazə verə bilmərik. Bu gün bizə davamlı atəşkəs lazımdır. Bu müharibə bitməlidir”, - o bildirib.

Xəbər xətti