Almaniya ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləyəcək - Şolts

DÜNYA bölməsi

13:05 - 13 Fevral 2024

 Almaniya ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləyəcək - Şolts

Almaniya 2024-cü ildə ilk dəfə olaraq ÜDM-in 2%-ni müdafiəyə xərcləyəcək.

Yenipress.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Almaniya bu il ÜDM-in 2%-ni NATO-ya xərcləyəcək və bunu hər zaman edəcək. Hazırda Almaniyanın xüsusi müdafiə fondunda 100 milyard avro vəsait var, bunun da artıq 80%-i istifadə olunub. Eyni zamanda, Almaniya Silahlı Qüvvələri artıq 20-ci illərin sonu və 30-cu illərə olan sifarişləri yerinə yetirə bilir. Almaniya mütləq Avropada ən çox müdafiə xərcləri olan ölkəyə çevriləcək”, - o bildirib.

Xəbər xətti