İranda “oğru”lar seçki namizədinin ölümünə səbəb oldu

DÜNYA bölməsi

12:54 - 13 Fevral 2024

 İranda “oğru”lar seçki namizədinin ölümünə səbəb oldu

İran parlament seçkilərinin namizədi Kərim Şavərdian evində “oğru” adlandırılan şəxslə dava edib komaya düşdükdən sonra dünyasını dəyişib.

Yenipress.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, deputatlığa namizədin qardaşı gecə yarısı evinin həyətində bir neçə nəfər gördüyünü və onlarla dava etdikdən sonra şəxsin huşunu itirib, xəstəxanaya aparıldığını bildirib.

Qeyd edək ki, namizədin komaya düşmə səbəbi ilə bağlı məlumat verilməyib. Son zamanlar İran mətbuatının səbəbkarlarını “oğru və qatil” adlandırdığı digər bir hadisə isə  Həmədanın polis komandirinin güllələnməsi hadisəsi olub.

Xəbər xətti