İraqın suverenliyinə hörmət edirik - Kirbi

DÜNYA bölməsi

22:44 - 12 Fevral 2024

 İraqın suverenliyinə hörmət edirik - Kirbi

Vaşinqton İraq ərazisini ona görə hədəf alıb ki, silahlı qruplarınABŞ-ın Yaxın Şərqdəki mövqelərinə olan hücumlarına cavab versin. Əks halda İraqla yaxşı münasibətlərimiz var və onun ərazi suverenliyini dəstəkləyirik.

Yenipress.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz İraqın suverenliyinə tam hörmət edirik və qüvvələrimiz İraq hökumətinin dəvəti ilə oradadır. Əgər qüvvələrimizə hücum olmasaydı, cavab hücumlarına da ehtiyac qalmazdı”, - o bildirib.

Xəbər xətti