Hələbdə partlayış səsləri eşidildi

DÜNYA bölməsi

14:57 - 12 Fevral 2024

 Hələbdə partlayış səsləri eşidildi

Suriyanın Hələb Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə partlayış səsi eşidilib.

Yenipress.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Məlumata əsasən, sosial şəbəkələrdəki bəzi suriyalı istifadəçilər Hələb hava limanı yaxınlığında bir neçə partlayış səsi eşitdiklərini və bu səslərin İsrail ordusunun bu əraziyə hücumları nəticəsində yarandığını iddia edib.

Qeyd edək ki, Suriya KİV-ləri bu fərziyyələri rədd edib və partlayış səslərinin məhv edilən terrorçu qrupların tərk etdiyi silah və partlayıcı qalıqlarının zərərsizləşdirilməsi əməliyyatı nəticəsində yarandığını bildirib.

Xəbər xətti


Digər xəbərlər