15 gündə İrandan 20 min əfqan deport edildi

DÜNYA bölməsi

13:12 - 12 Fevral 2024

 15 gündə İrandan 20 min əfqan deport edildi

İranın Xorasan-e Rəzəvi əyalətinin Sərhəd Qoşunlarının komandiri Məcid Şüca 15 gün ərzində 20 min Əfqanıstan vətəndaşının bu ölkədən deportasiya edilərək Taliban hərəkatına təhvil verildiyini açıqlayıb.

Yenipress.az xəbər verir ki, buna səbəb əfqanların İranda yaşayış icazəsi olmadığı göstərilir.

“Əfqanlar İrana rəsmi və qanuni yollarla daxil olmalıdırlar, əks halda onlarla qətiyyətli mübarizə aparılacaq”, - deyə Məcid Şüca əlavə edib.

Xəbər xətti