İsveçrədə 14 nəfəri girov götürən fars öldürüldü

DÜNYA bölməsi

14:51 - 9 Fevral 2024

 İsveçrədə 14 nəfəri girov götürən fars öldürüldü

Ötən gün axşam saatlarında İsveçrənin qərbində qatarda olan 14 sərnişin və sürücünü girov götürən şəxs polis tərəfindən öldürülüb.

Yenipress.az xəbər verir ki, bu barədə Kanton polisinin sözçüsü Jan-Kristof Satrel açıqlama verib.

O, girov götürənin kimliyinin hələlik müəyyənləşdirilə bilmədiyini, ancaq onun farsca və ingiliscə danışdığını deyib.

Fransa xəbər agentliyinin yazdığına görə, polis məmurları girov götürənlə danışıq aparmaq üçün fars dilini bilən tərcüməçidən istifadə ediblər.

Xəbər xətti