Rusiyaya qarşı sanksiyalar artırıldı

DÜNYA bölməsi

14:45 - 8 Fevral 2024

 Rusiyaya qarşı sanksiyalar artırıldı

Qərb ölkələri Rusiyaya qarşı 17 minə qədər sanksiya tətbiq edib.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Rossiya 24” telekanalına açıqlamasında deyib.

“NATO ölkələri 2008-ci ildən Rusiyaya qarşı qəsdən bir sıra istiqamətlərdə, xüsusən də iqtisadi sahədə hibrid müharibəyə başladı. Qərb ölkələri artıq başa düşür ki, Ukrayna layihəsi son iflasa yaxındır. Lakin Rusiyaya qarşı hibrid müharibə üçün daimi yanacaq təchizatı lazımdır”, - Qruşko bildirib.

Xəbər xətti