Ekspertdən bədbin proqnoz: Belə davam etsə, iqtisadiyyat çökəcək

İQTİSADİYYAT bölməsi

12:43 - 28 Yanvar 2024

 Ekspertdən bədbin proqnoz: Belə davam etsə, iqtisadiyyat çökəcək

Yaxın 2-3 ildə indiki idarəetmə sistemi, oyun qaydaları, vergi-gömrük yanaşması, yerli icra başçıları institutu, işlək olmayan qanunlar, ədələti şübhə altında olan məhkəmələr qaldıqca, məmləkətin iqtisadi vəziyyəti getdikcə pisləşəcək. Ölkənin məcburi xərcləri artacaq, gəlirləri isə azalacaq, nəticədə iqtisadi artım tempi daha da düşəcək. Bu isə vətəndaşların real gəlirlərinin və alıcılıq qabiliyyətinin kəskin azalması ilə nəticələnəcək.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Əgər hökumət bütün bu problemlərinin günahını Qərblə pisləşən münasibətlər üzərinə yıxıb, qaçılmaz olan çətinliklərə elə izah tapmağı düşünürsə, yanılır.

Qərbin bəzi dairələrinin, institutlarının, ölkələrinin ağılsız, qeyri-obyektiv və qərəzli olduğunu bildik, amma hər gün yaxınlaşan və dərinləşən institutisional iqtisadi çətinliklərin kökündə bu məsələ dayanmır axı, Qərbi “günah keçisi” elan etməklə qarın doymaz, vəziyyət düzəlməz. Həm də bu yanaşma əvvəldən qapalı olan ölkələrdə keçərli ola bilər, indiki Azərbaycanda belə “izah” inandırıcı və təxnimedici olmayacaq”, - o vurğulayıb.

Xəbər xətti


Digər xəbərlər