Beynəlxalq Bankın sistemi çökdü, ödənişlər mümkünsüz oldu

İQTİSADİYYAT bölməsi

23:05 - 6 Yanvar 2024

 Beynəlxalq Bankın sistemi çökdü, ödənişlər mümkünsüz oldu

Bu gün Azərbaycan Beynəlxalq Bankının plastik kartlarında ciddi problem yaranıb.

Yenipress.az xəbər verir ki, ABB kartları ilə heç bir yerdə ödəniş həyata keçirmək mümkün olmayıb. Ödəniş terminallarında ABB kartlarından istifadənin mümkünsüzlüyü bank sistemində nasazlıqla bağlı olub.

Eyni zamanda “ABB mobil” tətbiqində də problem yaranıb. Tətbiqdə plastik kartlar görünmür, onlardan istifadə, hər hansı onlayn əməliyyat həyata keçirmək də mümkün deyil.

Qeyd edək ki, problem aradan qaldırılmayıb və hazırda da davam edir.  

Xəbər xətti


Digər xəbərlər