Ermənistanda bankların gəlirliliyi kəskin artdı

İQTİSADİYYAT bölməsi

22:20 - 4 Yanvar 2024

 Ermənistanda bankların gəlirliliyi kəskin artdı

Keçən ilin yanvar-noyabr aylarında bankların kapitalına nisbətdə gəlirliliyi təxminən 21% idisə, bu il 17-18% olacaq.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının sədr müavini Armen Nurbekyan deyib.

"2014-2020-ci illərdə bu rentabellik 5-7% səviyyəsində idi. Ölkə iqtisadiyyatında rentabelliyin bu qədər kəskin artmasına gəlincə, bu, bizə çox şey verdi. Qeyri-müəyyənlik şəraitində yaşayırıq və bu, bank sistemimizə sabitlik qazandırıb. Məhz bu səbəbdən 2020-ci ildən bu günə qədər bir belə zərbələrdən sonra maliyyə sabitliyi ilə bağlı problem yaşamamışıq",- o bildirib.

Nağdsız əməliyyatlara gəlincə, Nurbekyan bildirib ki, 2023-cü ildə bununla bağlı çox ciddi artım var və bu temp davam edəcək:

"İqtisadiyyatda şəffaflıq əhəmiyyətli dərəcədə artacağı üçün müsbət yan təsirlərimiz də olacaq".

Xəbər xətti


Digər xəbərlər