Gələn il Azərbaycanda neft hasilatı azalacaq

İQTİSADİYYAT bölməsi

14:42 - 26 Dekabr 2023

 Gələn il Azərbaycanda neft hasilatı azalacaq

Azərbaycanda neft hasilatının kəskin azalmasının qarşısını alınacaq.

Bunu Yenipress.az Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib.

Ekspert əlavə edib ki, neft hasilatında azalma hökumətin proqnozlarında da əks olunub:

“2024-cü ildə neft hasilatında 1 milyon ton azalma gözlənilir”, - ekspert bildirib.

Onun sözlərinə görə, cari ilin dekabrında yeni platformada ilk neft quyusunun qazılmasına başlanılıb:

“Azəri–Mərkəzi–Şərqi (ACE) adlandırlan yeni platformadakı hasilat quyusundan ilk dəfə 2024-cü ilin birinci rübündə neft çıxarılacaq. Bu da Azərbaycanda neft hasilatının kəskin azalmasının qarşısını alacaq”.

Qeyd edək ki, Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınmış ACE platformasının üst modullarının bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb. Quyunun ümumi dərinliyinin 3188 metrədək olacağı planlaşdırılır.

Xəbər xətti