İrəvan “artsaxlıların” Ermənistanda qalmasını istəmir - Danielyan

GÜNDƏM bölməsi

14:29 - 22 Dekabr 2023

 İrəvan “artsaxlıların” Ermənistanda qalmasını istəmir - Danielyan

Paşinyana görə, Qarabağ Ermənistan deyil və olmayıb da. İndi bu mövzuda söhbətlər bir az da aktivləşib. Bəlkə də bu, Azərbaycanın tələbidir ki, İrəvan erməni cəmiyyətinə Qarabağ probleminin bitdiyini və ora qayıtmaq barədə düşünməyin mənasız olduğunu bildirsin.

Yenipress.az xəbər verir ki, bunu erməni deputat Qarnik Danielyan deyib.

“Ermənistanda erkən seçki baş tutsa və Paşinyan qələbə qazansa, o, çıxıb ictimaiyyətə deyəcək ki, Qarabağ səhifəsi bağlanıb, xalq da bununla razıdır, ona görə də ona mandat verib.

Ermənistan hakimiyyəti indi öz planının növbəti mərhələsinə keçir. Elə bir vəziyyət yaratmaq istəyirlər ki, Qarabağın erməni sakinləri Ermənistanda qala bilməsin və mümkün qədər başqa ölkələrə köçsünlər. Əgər Qarabağ erməniləri onlar üçün “artsax” səhifəsinin bağlandığını, evlərinə geri qayıtmaq imkanın olmadığını düşünsə, o zaman Ermənistanı tərk edəcəklər”.

Xəbər xətti


Digər xəbərlər