Ölkə iqtisadiyyatı pisləşir, məmurlar isə keçmişi “yada salır”

İQTİSADİYYAT bölməsi

10:48 - 21 Dekabr 2023

 Ölkə iqtisadiyyatı pisləşir, məmurlar isə keçmişi “yada salır”

Hökumətin iqtisadi komandasının zəif fəaliyyəti nəticəsində son illər ölkə iqtisadiyyatında vəziyyət pisləşir. Ona görə də indi daha tez-tez keçmiş uğurları yada salırlar, son 15-20 ildən danışırlar, amma hətta keçmişə istinad belə problemlərin dərin olduğunu göstərir, yeni suallar yaradır.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

Onunsözlərinə görə, Mikayıl Cabbarov sosial şəbəkələrdə Sumqayıt Kimya Sənaye Parkının son 12 illik fəaliyyəti ilə bağlı məlumat paylaşıb:

“1) 12 ilin ilk 8 ilinin müəllimə nə aidiyyəti var?! Yaxşı olardı ki, son 4 ilin nəticələrini ayrıca paylaşardı,

2) Yazıb ki, son 12 ildə Parka 5,8 mlrd. manat investisiya qoyulub, 6600 iş yeri açılıb. Deməli, bir iş yeri az qala 900 min manata başa gəlib - bu çox yüksək rəqəmdir. Bacarıqlı fermerə, iş adamına 1 mln. manat güzəştli şərtlərlə vəsait versəydilər, azı 10-15 yeni iş yeri yaradardı,

3) Nazır yazıb ki, bu illər ərzində 3,3 mlrd. manatlıq ixrac həyata keçirilib, yəni, ilə cəmi 275 mln., aya 23 mln. manat, dollarla isə ilə cəmi 161 mln., ayda 13,5 mln. dollar ixrac olub. Belə çıxır ki, məsələn, Antalyada özünə, işinə hörmət edən, hökumətdən əsl yardım alan bir fermer şirkəti ayda Sumqayıt Kimya Sənaye Parkının tamamından çox ixrac həyata keçirir.

Məmləkətdə iqtisadi vəziyyət qəlizləşdikcə iqtisadi komanda keçmiş uğurlara istinad edir, onların arxaslnda gizlənmək istəyir, bu gün baş verən uğursuzluqların məsuliyyətindən qaçmağa çalışır...”

Xəbər xətti


Digər xəbərlər