Ordumuz həyəcan siqnalı ilə qaldırıldı - Video

GÜNDƏM bölməsi

10:27 - 15 Dekabr 2023

 Ordumuz həyəcan siqnalı ilə qaldırıldı - Video

2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən Yenipress.az-a verilən məlumata görə, ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.

Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib.

Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.

Xəbər xətti


Digər xəbərlər