Hafiz Babalı həbs olundu

GÜNDƏM bölməsi

17:42 - 14 Dekabr 2023

 Hafiz Babalı həbs olundu

Xətai Rayon Məhkəməsi ötən gün saxlanılan jurnalist Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə H.Babalının 3 ay müddətinə həbs olunması barədə qərar qəbul olunub.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, H.Babalı dekabrın 13-də saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı jurnalistlərə H.Babalının “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanıldığını bildirib.

Xatırladaq ki, sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaş Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

 

Xəbər xətti


Digər xəbərlər