Azərbaycan Ordusu müdafiə xəttini yaranda Araik dedi ki… - Babayan

SİYASƏT bölməsi

11:01 - 14 Dekabr 2023

 Azərbaycan Ordusu müdafiə xəttini yaranda Araik dedi ki… - Babayan

Ermənistanda 44 günlük müharibənin nəticələri ilə bağlı istintaq davam edir.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, erməni mediası Qarabağdakı keçmiş separatçı rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayanın ifadəsi əsasında araşdırma dərc edib.

Qeyd edilib ki, Babayan müharibənin gedişatı və dayandırılması ilə bağlı Araik Arutyunyanla müzakirə apardığını, lakin buna nail olunmadığını bildirib:

“Araik Arutyunyanla müharibənin gedişatını müzakirə edirdik. O da əmin idi ki, müdafiə ordusu hücuma müqavimət göstərmək iqtidarında deyil. Arutyunyan hərbi əməliyyatların dayandırılmasını istəsə də, bunun ondan asılı olmadığını anladı”.

“Hraparak” Samvel Babayanın ifadəsindəki digər detalları da qeyd edib:

“Hərbi qulluqçular peşə və ərazilərə görə düzgün bölünməmişdi. Həmçinin relyefə bələd deyildilər. Bundan başqa, fərarilik halları çox oldu. Məndə olan məlumata görə, bir çox əsgərlər Qarabağı maneəsiz tərk edə bildilər və ya gizləndilər”.

Nəşr cənub istiqamətində erməni qoşunlarının uğursuzluğuna diqqət çəkib:

“Məhz bu istiqamətdən Azərbaycan Ordusu çoxqatlı müdafiə xəttini yardı. Nəticədə Hadrut itirildi, bundan sonra isə Şuşanın darvazaların yaxınlaşan Azərbaycan hərbçiləri qalaşəhəri ələ keçirdilər”.

Sarsıdıcı məğlubiyyətə rəğmən, Babayan sadəlövhcəsinə iddia edib ki, “Ermənistan müharibəni qələbə ilə başa vura bilərdi”.

Xəbər xətti


Digər xəbərlər