“Qarabağ”ın oynayacağı stadionda bədbəxt hadisə

SİYASƏT bölməsi

14:52 - 12 Dekabr 2023

 “Qarabağ”ın oynayacağı stadionda bədbəxt hadisə

Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib.

Yenipress.az Pressing.az-a istinadən xəbər verir ki, hadisə uçan dam örtüyünün bərpası zamanı baş verib.

Bu gün səhər saatlarında dama çıxan fəhlə ehtiyatsızlıqdan yıxılıb. Hündür məsafədən beton və oturacaqlara çırpılan şəxsin vəziyyəti ağırdır. O, dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu gün stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb.

Xatırladaq ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”-“Hakken” görüşü keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbər xətti


Digər xəbərlər