Dilan Polat və həyat yoldaşı saxlanıldı

MAQAZİN bölməsi

09:50 - 1 Noyabr 2023

 Dilan Polat və həyat yoldaşı saxlanıldı

Türkiyəli iş qadını və sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, onlarla birlikdə Dilan Polatın bacısı Sıla Doğu və Engin Polatın qardaşı Kürşat Polat da tutulub. Onlar, çirkli pulların yuyulmasında ittiham olunurlar.

Cütlük Türkiyə və Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir və kosmetik məhsulların istehsalı ilə də məşğul idilər.

Qeyd edək ki, bir müddət öncə Dilan Polat və Engin Polatın var-dövləti müsadirə edilmişdi. Cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası da qoyulub.

Xəbər xətti