Britni Spirsin 15 milyon dollarlıq kitabı

SAĞLIQ bölməsi

13:08 - 22 Fevral 2022

 Britni Spirsin 15 milyon dollarlıq kitabı

Dünya şöhrətli müğənni Britni Spirs həyatının naməlum məqamlarından bəhs etdiyi kitabı üçün 15 milyon dollarlıq müqavilə imzalayıb.

Yenipress.az xarici mediaya istinadən xəbər verir ki, müğənni kitabda şöhrəti, ailə münasibətləri, atasının 13 illik qəyyumluğu və bu qəyyumluğa son qoymaq üçün apardığı hüquqi mübarizəsindən bəhs edib. 

Qeyd edək ki, Britni Spirs 2007-ci ildə psixi problemləri səbəbindən atasının qəyyumluğuna verilib. Spirs atasının qəyyumluqdan sui-istifadə etdiyini bildirərək, uzun sürən hüquqi mübarizədən sonra azadlığını bərpa etmişdi.

Türkan Camal

Xəbər xətti


Digər xəbərlər