“Beşiktaş” da Bakıya gəlir

İDMAN bölməsi

13:59 - 2 May 2023

 “Beşiktaş” da Bakıya gəlir

Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix bəlli olub.

Yenipress.az Report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına təşrif buyuracaq.

Klub prezidenti Əhməd Nur Çebinin xüsusi məsləhətçisi Ərdal Cömərd də xəbəri təsdiqləyib:

"Qismət olsa, komanda mayın 13-də Bakıda olacaq. Artıq proqram hazırdır. Amma hələ tam dəqiqləşməyib. Hər şey bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının XXXIV turunda istirahət edəcək. Bundan yararlanmaq istəyən İstanbul nəhəngi xeyri matçı üçün Bakıda gəlməyi planlaşdırır.

Xəbər xətti


Digər xəbərlər