Ronaldo sevgilisindən ayrılır? - Bu foto ilə cavab verdi

İDMAN bölməsi

10:11 - 1 May 2023

 Ronaldo sevgilisindən ayrılır? - Bu foto ilə cavab verdi

Son vaxtlar mediada "Əl-Nəsr"in futbolçusu Kristiano Ronaldo və Corcina Rodrigez arasında münasibətlərin pozulacağı barədə informasiyalar yayılıb.

Yenipress.az xəbər verir ki, futbolçunun Corcinadan narazı olduğu bildirilir. İspan mediası iddia edir ki, 38 yaşlı futbolçu 2016-cı ildən bəri davam edən münasibətdən "doyub". O da iddia edilir ki, cütlük arasında təyyarədə qızğın mübahisə düşüb. Başqa insanların önlərində olmalarına baxmayaraq, onlar səslərini ucaltmaqdan çəkinməyiblər.

Lakin cütlük hər şeyi inkar edir. Əvvəlcə Corcina "Paxıl insanlar şayiələr uydurur, dedi-qodu yayır və axmaqlar da onlara inanır” yazılmış paylaşım edib. Kristiano isə İnstaqram hesabında sevgilisiylə şəklini yerləşdirib və "Sevgi üçün" sözlərini yazıb.

Xəbər xətti