İraqlı futbolçu: “Traktor”u azarkeşlərinə görə seçdim

İDMAN bölməsi

13:58 - 13 Aprel 2023

 İraqlı futbolçu: “Traktor”u azarkeşlərinə görə seçdim

“Traktor” klubunu seçməyimin əsas amillərindən biri də bu klubun Asiyanın ən güclülərindən biri olması ilə bağlıdır.

Yenipress.az xəbər verir ki, bu sözləri İraqın ulduz futbolçularından sayılan Hadi Səfa “Traktor”a transfer edilməsi ilə bağlı deyib.

O, Azərbaycan klubunu həm də çoxsaylı və yorulmaz fanatlarına görə bəyəndiyini bildirib:

“Bütün yarışlara final yarışı kimi baxırıq. Əlbəttə ki, klubun çoxsaylı fanatlarının inanılmaz dəstəyi bizi qələbəyə daha da ruhlandırır”.

Qeyd edək ki, İran Premyer Liqasında 25-ci turun oyunlarından sonra “Traktor” klubu 42 balla turnir cədvəlinin 5-ci pilləsində qərar tutub.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər