Kamil Zeynallı İrəvanın tələbi ilə Rusiyada saxlanıldı - Video

TOPLUM bölməsi

08:30 - 21 Fevral 2024

 Kamil Zeynallı İrəvanın tələbi ilə Rusiyada saxlanıldı - Video

Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə idmançı İnstaqram hesabında məlumat yayıb.

O, videomüraciətində bildirib ki, ölkəyə qayıdarkən, Moskva aeroportunda saxlanılıb.

Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını vurğulayıb:

“May ayından məni axtarışa veriblər. Lakin o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. Yalnız indi saxladılar".

İdmançı qeyd edib ki, sabah məhkəməyə çıxarılacaq. Ona polis bölməsində bildiriblər ki, ya özləri onu Ermənistana təhvil verəcək, ya da Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları onu gəlib aparacaq.

O, Azərbaycan dövlətindən yardım istəyib.

Xəbər xətti