Manaf bu gün azadlığa çıxır

MAQAZİN bölməsi

12:17 - 4 Mart 2022

 Manaf bu gün azadlığa çıxır

İşğaldan azad edilmiş ərazilərə icazəsi olmadan səfər etdiyinə görə 15 sutka müddətinə həbs edilən Manaf Ağayev bu gün azadlığa çıxacaq.

Yenipress.az xəbər verir ki, bu barədə Ölkə.az-a açıqlamasında M.Ağayevin dostu, müğənni Nadir Bayramlı məlumat verib. O, həmkarının bu gün axşamüstü azadlığa çıxacağını deyib:

“Dünən oğlu ilə danışdım. Dedi ki, bu gün axşamüstü buraxılacaq. Özünü görmək mümkün olmasa da, Manafla telefon əlaqəsi saxlamışam. Dedi ki, hər şey qaydasındadır. Artıq olan olub. Hər şey məlumdur”.

N.Bayramlı həbs olunmasına görə M.Ağayevin özünü təqsirli hesab etdiyini söyləyib:

“Barəsindəki qərarla bağlı bir şey deməyib. Bilir ki, özündə də müəyyən qədər təqsir olub. Qüsur olub ki, bu məsələlər baş verib” – müğənni bildirib.

Xəbər xətti