Azərbaycanda müğənni qəzaya düşdü - Video

MAQAZİN bölməsi

11:26 - 6 Noyabr 2023

 Azərbaycanda müğənni qəzaya düşdü - Video

Müğənni Türkanə ağır yol qəzası keçirib.

Yenipress.az xəbər verir ki, bu barədə məlumatı xanəndə, Əməkdar artist Eldəniz Məmmədov öz sosial şəbəkə hesabında paylaşıb.

Müğənniyə baş çəkən Əməkdar artist onun bu ağır qəzadan sağ çıxmasını möcüzə adlandıraraq, Allaha şükür etməsini tövsiyə edib.

“Mən dedim hər şey yəqin bitdi. Sağ qalmağın özü möcüzədir. İnşallah burdan çıxıb üzünə əl gəzdirərsən, özünü yığdırırsan, hər şey yaxşı olacaq” deyə Eldəniz Məmmədov zarafat da edib.

Qəza zamanı bədənindən və  üzündən travmalar alan müğənninin burnu sınıb.

Xəbər xətti