Lavrovun 2018-ci il müsahibəsi: Donetsk və Luqanskı buna görə tanımaq olmaz - Video

DÜNYA bölməsi

01:18 - 24 Fevral 2022

 Lavrovun 2018-ci il müsahibəsi: Donetsk və Luqanskı buna görə tanımaq olmaz - Video

Rusiyanın Luqansk və Donetsk separatçı qurumlarının “müstəqilliyini” tanıması ilə Rusiya XİN başçısı Sergey Lavrovun məşhur müsahibəsi gündəmə gəlib.

Yenipress.az xəbər verir ki, Sergey Lavrovun “Komsomolskaya pravda” qəzetinə verdiyi bu video-müsahibə 17 dekabr 2018-ci ildə yayımlanıb.

Sözügedən geniş müsahibədə Luqansk və Donetskin “müstəqilliyi”nin tanınması ilə bağlı olduqca maraqlı dialoq yaşanıb.

Lavrov jurnalistlərdən soruşur:

- Başa düşmək istəyirəm: siz təklif edirsiniz ki, “dxr” və “lxr”i tanıyaq?

- Əlbəttə.

- Bəs, sonra?

- Sonra biz tanıdığımız ərazini qoruyuruq, ordakı qardaş xalqa kömək edirik...

- Siz istəyirsiniz ki, biz Ukraynanın qalan hissəsini itirək...

Qeyd edək ki, bir çox müşahidəçi də “dxr” və “lxr”i tanımaqla Rusiyanın Ukraynanı birdəfəlik itirdiyi və iki qardaş slavyan xalqı arasında düşmənçiliyin əbədilik qazandığını düşünür.

Xəbər xətti