Vergi borcu olanlara şad xəbər

İQTİSADİYYAT bölməsi

10:04 - 24 Yanvar 2023

 Vergi borcu olanlara şad xəbər

Bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib.

"Belə ki, borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı. “Vergi Məcəlləsinə” edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.

Bu məhdudiyyətinin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki, bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır", - deyə V.Bayramov əlavə edib.

Yenipress.az

Xəbər xətti