Babək Səmidlini danışdıran şəxs Fərhad Əhmədov imiş - Şok

GÜNDƏM

15:17 - 22 Noyabr 2022

 Babək Səmidlini danışdıran şəxs Fərhad Əhmədov imiş - Şok

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni təfərrüatlar üzə çıxıb. Onun casusluq versiyası üzrə təqsirləndirildiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.

Yenipress.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu illər ərzində Əhmədov pulun hesabına geniş informasiya şəbəkəsi yaradıb.

Bu siyahıda tanınmış şəxslər, sənət adamları, “ziyalılar” və media rəhbərləri də olub.

Onlar 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.

İddia olunur ki, artıq xüsusi xidmət orqanlarında Əhmədova məlumat verənlərin siyahısı da var, hətta o şəxslərin adlarının açıqlanacağı bildirilir.

Mənbə “Yeri gəlmişkən, mərhum polkovnik Babək Səmidlinin müharibə ilə bağlı danışdığı söhbətinin lent yazısı da Fərhad Əhmədovla söhbəti idi. Əhmədovun isə sonradan bunu sızdırıb-sızdırmadığını bilmirəm. Amma bilirəm ki, Əhmədov və onun dostları həbs olunacaqlar və uzun müddət həbsdə qalacaqlar”, deyə  fikrini yekunlaşdırıb.

Xəbər xətti