Rəşad Dağlının oğlunun adından pul yığılır - Açıqlama

MAQAZİN bölməsi

16:17 - 14 Noyabr 2022

 Rəşad Dağlının oğlunun adından pul yığılır - Açıqlama

Meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta İnstaqram hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.

Yenipress.az xəbər verir ki, bu barədə meyxanaçının oğlu Yusif sosial şəbəkə hesabında yazıb.

“Mənim Tiktok hesabım yoxdur. Tək səhifəm İnstaqramda "@Lee.Yusif"dir. Xahiş edirəm, belə səhifələr görsəniz spam edin. Mən nə hayda, bunlar nə hayda”, - deyə o qeyd edib.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Xəbər xətti