Kürdəmirdə toyda müğənni və sürücüsü döyüldü

MAQAZİN bölməsi

10:58 - 14 Oktyabr 2022

 Kürdəmirdə toyda müğənni və sürücüsü döyüldü

Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.

DİN-dən Yenipress.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Xəbər xətti