Tatlısəsin qızı evləndi - Fotolar

MAQAZİN bölməsi

11:19 - 12 Oktyabr 2022

 Tatlısəsin qızı evləndi - Fotolar

Məşhur sənətçi İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs evlənib.

Yenipress.az xəbər verir ki, 8 illik sevgilisi ilə dünya evinə girən Dilan Tatlısəs toyda üç fərqli gəlinlik geyinib.

O ilk geyindiyi gəlinliyi özü hazırlayıb, digərini isə məşhur İsrail dizayneri Liz Martinez ona hədiyyə edib. After Party-də gecəyə Cihan Nacarın hazırladığı gəlinliklə davam edib.

Cütlüyün şahidləri Tan Taşçı, Erhan Bayrak və məşhur prodüser Polat Yağcı olub.

Gecədə Oktay Kaynarca, Demet Akalın, Tan Taşçı, Berkay, Baha, İdo, Fatih Ürek kimi məşhurlar da iştirak edib.

Xəbər xətti