Azərbaycanlı kişi ilə özbəkistanlı qadın bıçaqlaşdı, qadının gözü çıxdı

KRİMİNAL bölməsi

11:32 - 16 Sentyabr 2022

 Azərbaycanlı kişi ilə özbəkistanlı qadın bıçaqlaşdı, qadının gözü çıxdı

Bakıda kişi ilə qadın bir-birini bıçaqlayıb.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Qurban Əli oğlu Şirəliyev Maştağa qəsəbəsində evinə qonaq getdiyi Özbəkistan vətəndaşı olan qadınla mübahisə edib. Nəticədə qadınla kişi bir-birinə bıçaq zərbələri endiriblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Qadının ayaq, qarın, boyun və üz nahiyəsində bıçaq zərbələri aşkarlanıb. Bıçaq zərbələrindən biri qadının göz nahiyəsinə dəyib və onun gözü çıxıb.

Qurban Şirəliyev isə əl və üz nahiyəsindən bıçaq yaraları alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti