Bakıda bloger sevgilisi tərəfindən vəhşicəsinə döyüldü

KRİMİNAL bölməsi

13:58 - 13 Sentyabr 2022

 Bakıda bloger sevgilisi tərəfindən vəhşicəsinə döyüldü

Bloger Atlas Fərəcova sevgilisi tərəfindən döyülüb.

Yenipress.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.

Belə ki, A.Fərəcova sevgilisi Aqşin Qəhrəmanlı tərəfindən döyüldüyünü əks etdirən fotoları paylaşaraq yazıb:

"İki gün əvvəl öz evimin həyətində 2 illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam da.

Əlimdə müayinə nəticələri var, burnum 4 yerdən qırılıb. 6 ay sonra əməliyyat olunacam”, - deyə əlavə edib.

Bloger Daxili İşlər Nazirliyinə müraciət edib.

 

Xəbər xətti