Bakıda kişi 13 yaşlı qızının 16 yaşlı sevgilisini iplə boğaraq öldürdü

KRİMİNAL bölməsi

14:20 - 10 Sentyabr 2022

 Bakıda kişi 13 yaşlı qızının 16 yaşlı sevgilisini iplə boğaraq öldürdü

Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-si Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

16 yaşlı Hüseynbala İlqar oğlu Şeydabəyovun meyiti sentyabrın 10-u qəsəbə ərazisindəki məzarlıqdan tapılıb.

Məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Babək Quliyev (qızın atası - red) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Xəbər xətti