Bakıda məşhur generalla icra başçısı quda oldu - Nazir gəlinə bahalı brilyant verdi

TOPLUM bölməsi

16:00 - 21 İyul 2022

 Bakıda məşhur generalla icra başçısı quda oldu - Nazir gəlinə bahalı brilyant verdi

Naxçıvan MR keçmiş daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun oğlu ailə həyatı qurub.

Yenipress.az Manset.az-a istinadən xəbər verir ki, məşhur generalın oğlu Əli Ələkbərli icra başçılarından birinin qızı ilə ailə həyatı qurub. Şəhərin ən möhtəşəm, böyük məkanlarından birində baş tutan məclisdə xeyli sayda rəsmi şəxslər iştirak edib. Fazil Ələkbərovun gəlininə bahalı brilyant hədiyyə etdiyi bildirilib.

Qeyd edək ki, Fazil Ələkbərov 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, 2015–2017-ci illərdə isə muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2017-ci ildən 2021-ci ilə qədər daxili işlər naziri olub.

Xəbər xətti