Qazi intihar edəcəyini deyib yoxa çıxdı - Foto

TOPLUM bölməsi

12:57 - 21 İyul 2022

 Qazi intihar edəcəyini deyib yoxa çıxdı - Foto

Gəcə saat 00:05 radələrində mənə zəng gəldi. Bildirildi ki, Vətən müharibəsi iştirakçısı, Qaradağ rayon sakini Azər Həsənov Bayraq meydanı yaxınlığında intihar edəcəyini deyir.

Bu sözləri Yenipress.az-a açıqlamasında Gənc Qazilər İctimai Birliyin sədri Hacı Vəliyev qazinin yoxa çıxması ilə bağlı danışarkən deyib.

O, A.Həsənovun nömrəsini taparaq ona zəng etdiyini bildirib:

Özü ilə danışdım, sənədlərinə baxdım. Doğrudan da, döyüşdə yaralanıb. Saatlı rayonunda müalicə alıb, daha sonra ordudan tərxis ediblər. Özünün dediyinə görə, bu günə qədər heç yerdə normal müalicə ala bilmir, Qaradağ rayon xəstəxanasından da göndəriş vermirlər”.

H.Vəliyev qazi ilə danışdıqdan dərhal sonra təcili yardım və polisə zəng vurduğunu deyib:

“Gecə hər iki qurumun nümayəndələri deyilən əraziyə yollandılar. Amma hələ də nəticə yoxdur. Ümid edirik ki, sağ salamat tapılar”.

Xəbər xətti