Bakıda vəzifəli şəxsin iki qızı dənizdə boğularaq öldü - Yeniləndi

TOPLUM bölməsi

10:41 - 21 İyul 2022

 Bakıda vəzifəli şəxsin iki qızı dənizdə boğularaq öldü - Yeniləndi

2022-07-20, 23:34

Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.

***

İki gün əvvəl dənizdə batan qızın cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.

Xəbər xətti