Ölkəmizdə korona ilə bağlı - Yeni statistika

TOPLUM bölməsi

18:49 - 20 İyul 2022

 Ölkəmizdə korona ilə bağlı - Yeni statistika

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenipress.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 795 190 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 282 aktiv xəstə var. Bu günə qədər 9 727 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 523, bu günə qədər isə ümumilikdə 7 011 596 test icra olunub.

Xəbər xətti