Bakıda aksiya keçirildi: Quru sərhədi açın! - Video

TOPLUM bölməsi

16:21 - 20 İyul 2022

 Bakıda aksiya keçirildi: Quru sərhədi açın! - Video

Bakıda Nazirlər Kabineti qarşısında bir qrup şəxs “Quru sərhədi açın!” tələbi ilə etiraz aksiyası keçirib.

Yenipress.az xəbər verir ki, bu barədə Meydan TV məlumat yayıb.

Aksiyanın Tofiq Yaqublunun təşəbbüsü və Milli Şuranın dəstəyi ilə keçirildiyi qeyd olunub.

Qeyd edək ki, T.Yaqublunn qızı aksiya səbəbindən Tofiq Yaqublu saxlanıldığını və bir sıra digər müxalifət fəallarının da saxlanıldığını bildirib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə Axar.az-a açıqlamasında nəinki Tofiq Yaqublunun, ümumiyyətlə heç kimin həbs olunmadığını bildirib.

Xəbər xətti