Rozanın övladlığa götürdüyü oğluna ev verildi

MAQAZİN bölməsi

10:22 - 6 İyul 2022

 Rozanın övladlığa götürdüyü oğluna ev verildi

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu Corc Qafarova ev verilib.

Yenipress.az xəbər verir ki, bu  barədə Corc özü bildirib. O, Bakı.ws-ə açıqlaması zamanı 2 saylı uşaq evinin yetirməsi olduğuna görə ona mənzil təqdim olunduğunu deyib:

"2 saylı uşaq evinin yetirməsi olduğuma görə Sosial Xidmətlər Agentliyinə evimin olmamasına görə müraciət etdim. Mənə Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilib".

Qeyd edək ki, C.Qafarova Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona ev verildiyini təsdiq edən sənəd təqdim edilib.

Xəbər xətti