Narışkin: ABŞ Rusiyaya terror barədə xəbərdarlıq edib

DÜNYA bölməsi

16:22 - 2 Aprel 2024

 Narışkin: ABŞ Rusiyaya terror barədə xəbərdarlıq edib

FTX Rusiyada terror aktı ehtimalı ilə bağlı ABŞ-dan müəyyən məlumatlar alıb, lakin bu, çox ümumi xarakter daşıyır.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Bəli, həqiqətən də Federal Təhlükəsizlik Xidməti ABŞ xüsusi xidmət orqanlarından müəyyən məlumat alıb ki, terror aktının baş verməsi mümkündür. Amma məlumatlar çox ümumi idi və bu dəhşətli cinayətdə iştirak edənləri tam müəyyən etməyə imkan vermədi”, - o bildirib.

Narışkin qeyd edib ki, Rusiya ilə ABŞ arasında terrorla mübarizə kanalı mövcuddur, lakin bu, məhduddur:

“Dövlətlərarası əməkdaşlığın səviyyəsi çox, çox aşağı düşüb”.

Xəbər xətti