DTX dövlətə xəyanət edən qadını həbs etdi

TOPLUM bölməsi

15:50 - 2 Aprel 2024

 DTX dövlətə xəyanət edən qadını həbs etdi

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Yenipressaz xəbər verir ki, Validə Yusifova Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər xətti