Kamil ömürlük həbs oluna bilər - Şok

GÜNDƏM bölməsi

14:25 - 21 Fevral 2024

 Kamil ömürlük həbs oluna bilər - Şok

Rusiyada saxlanılan idmançı Kamil Zeynallının Ermənistan Cinayət Məcəlləsinin hansı maddələri ittiham olunduğu məlum olub.

Yenipress.az xəbər verir ki, vəkil Ələkbər Qarayev Kamil Zeynallının Ermənistan Cinayət Məcəlləsinin 135, 137, 140, 147 və 149-cu maddələri ilə ittiham olunduğunu bildirib.

Qeyd edək ki, Ermənistan Cinayət Məcəlləsinin 135-ci maddəsində İnsanlığa qarşı cinayətlər (On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır);

137-ci maddəsində Himayə edilən şəxsə qarşı müharibə cinayətləri (On iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır);

140-cı maddəsində Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər (Səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır);

147-ci maddəsində Muzdlu cəlb etmək, muzdluların təlim düşərgəsini təşkil etmək, muzdlu kimi fəaliyyət göstərmək üzrə bacarıqları öyrətmək və ya öyrənmək, muzdluları maliyyələşdirmək, silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlulardan istifadə etmək, yaxud silahlı münaqişə və ya döyüş əməliyyatlarında və ya razılaşdırılmış zorakılıq aktlarında muzdlu kimi iştirak etmək (altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır);

149-ci maddəsində Təcavüz - Dövlətin siyasi və ya hərbi əməliyyatlarına faktiki rəhbərlik edən və ya onlara nəzarət edən və ya istiqamətləndirən şəxsə təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi (on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır) göstərilib.

Məlumat üçün bildirək ki, Ermənistan Cinayət Məcəlləsi 2022-ci il iyulun 1-də qüvvəyə minib.

Xəbər xətti