Aşıq Zülfiyyə 180 minlik maşından imtina etdi

MAQAZİN bölməsi

14:25 - 21 Noyabr 2023

 Aşıq Zülfiyyə 180 minlik maşından imtina etdi

Aşıq Zülfiyyə İbadova ona 180 minlik maşın hədiyyə edən şəxsin adını açıqlayıb.

Yenipress.az xəbər verir ki, aşıq Qaynarinfo-ya açıqlamasında bildirib ki, maşın iş adamı Gülnarə Musayeva tərəfindən hədiyyə edilib:

"Xanım Qazaxıstanda yaşayır. Mənə dedi ki, bir yaxşı maşın tövsiyə edin, onu özümçün alım. Sevdiyim maşının adını dedim. Dedim ki, mən də həmin maşından almaq istəyirəm. 100 min dollar beh verib getdi. Gedəndən sonra maşını satan şirkətin nümayəndəsi dedi ki, "Zülfiyyə xanım, bu maşını sizə alıblar". Dedim ki, dünya dağıla mən bu maşını qəbul etmərəm. İmtina etdim, maddiyyat deyil, mənəviyyat dostluğu qurmaq istəyirəm. Xahiş etdim ki, inciməsin, bu günə kimi heç kiminlə maddiyyat üzərində dostluğum olmayıb. Ona görə də heç kimin qarşısında gözü kölgəli deyiləm".

Aşıq Zülfiyyə Gülnarə Musayeva ilə ailə dostluğu olduğunu qeyd edib:

"Mən onların bütün tədbirlərinə dəvət alıram, təmannasız oxuyuram. Gülnarə Musayeva maşın biznesi ilə məşğuldur".

Xəbər xətti