Elvin Mirzəzadə boşandı

MAQAZİN bölməsi

14:19 - 14 Noyabr 2023

 Elvin Mirzəzadə boşandı

Müğənni Elvin Mirzəzadə həyat yoldaşından boşanıb.

Yenipress.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib.

O, paylaşımında keçmiş həyat yoldaşına hörmətinin sonsuz olduğunu bildirib:

“Əziz dostlar, üzülərək və təəssüf hissi ilə demək istəyirəm ki, ailə həyatımı bu gün rəsmi şəkildə  sonlandırdım. Düzdür, əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil. Sadəcə, qismət...

Keçmiş həyat yoldaşıma sayğım, hörmətim olduğu kimi qalır. İstəməzdim, belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm. Bu barədə artıq heç nə danışmaq istəmirəm. Yenə də “xeyirlisi” deyib, həyatıma yalnız davam edirəm.

Allah hamınızı xoşbəxt eləsin!”

Xəbər xətti