Gülbahar Şükürlü reanimasiyadadır

MAQAZİN bölməsi

14:36 - 2 Noyabr 2023

 Gülbahar Şükürlü reanimasiyadadır

Əməkdar artist Gülbahar Şükürlünün səhhəti yenidən pisləşib və xəstəxanaya yerləşdirilib.

Yenipress.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən qarmon ifaçısı ilə bağlı “Elgizlə izlə” proqramında məlumat verilib.

Sənətçinin həkimi bildirib ki, G.Şükürlü hazırda reanimasiyadadır: “Onun həm bəd, həm də xoşxassəli törəməsi var. Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Bir neçə gün əvvəl pisləşdiyi üçün xəstəxanaya gətirildi. Koma vəziyyətində idi, durumdan çıxara bildik. Onkoloji xəstəliyi kəskinləşib. Hazırda huşu yerindədir, danışa, reaksiya verə bilir”.

Qeyd edək ki, beynində şiş aşkarlanan G.Şükürlü bir neçə il əvvəl əməliyyat olunmuşdu. Bu yaxınlarda isə onun beynində yenidən törəmə aşkarlanıb.

Xəbər xətti