Əsgərimiz özünü güllələdi

GÜNDƏM bölməsi

22:12 - 9 Yanvar 2023

 Əsgərimiz özünü güllələdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vüsal Akif oğlu Məmmədovun 09 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenipress.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

“Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları hadisə yerinə gedib, zəruri hərəkətlər icra olunub.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və  qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, - məlumatda qeyd edilib.

Xəbər xətti