Azərbaycanlı BMT ofisinin rəhbəri təyin edildi

GÜNDƏM bölməsi

13:32 - 9 Yanvar 2023

 Azərbaycanlı BMT ofisinin rəhbəri təyin edildi

BMT-nin Terrorla Mübarizə Agentliyinin proqram meneceri Vüqar Allahverdiyev qurumun Filippinin Manila şəhərində yerləşən Cənub-Şərqi Asiya Regional Ofisinin rəhbəri təyin edilib.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Vüqar Allahverdiyev 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı ofisində işləyib. 2014-cü ildə təşkilatın Nyu Yorkdakı katibliyində gənclərlə iş üzrə səfirin müşaviri olan Allahverdiyev 2021-ci ildə Terrorla Mübarizə Agentliyinə təyinat alıb.

Xəbər xətti