Müharibə olsa, Melkunyanı vuracağıq - Erməni silahlı

GÜNDƏM bölməsi

21:05 - 7 Yanvar 2023

 Müharibə olsa, Melkunyanı vuracağıq - Erməni silahlı

Heç kimə sirr deyil ki, Balasanyan Ağdərədəki ermənilərinin namizədi olub, o, işə yeni başlayan və yad olan Vardanyana qarşı kəskin fikirlər səsləndirib. Baş verənlərə görə də sentyabr ayından Azərbaycanla bağlı vəziyyət daha da gərginləşib. Balasanyan hesab edir ki, Vardanyan Qarabağ ermənilərinin maraqlarına xəyanət edərək öz piar və maraqları üçün işləyir.

Yenipress.az xəbər verir ki, bu sözlər “Caucasian Bureau” Teleqram kanalında Qarabağdakı separatçılar arasında gedən çəkişmə haqqında yayımlanan şərhdə qeyd olunub. Yazıda həm də Vardanyanın dəstəyi ilə Arutyunyanın belə bir addım atdığı bildirilir:

“Buna cavab olaraq Vardanyan Araik Arutyunyanın (Hadrut-Xocavənd klanı) üstüörtülü dəstəyi ilə əvvəlcə Balasanyanın səlahiyyətlərini məhdudlaşdırdı, sonra isə onu vəzifəsindən uzaqlaşdırdı və yerinə Xocavənd klanının nümayəndəsi general Ararat Melkumyanı təyin etdi. Bununla da Ağdərə klanının ənənəvi təsirini zəiflətdi”.

Məqalədə eyni zamanda Ararat Melkumyanın silahlılarının onun haqqında sözlərinə yer verilib:

 “Mənim xidmətim zamanı o, qərargah rəisi olub. Ləqəbi “Telli" idi. O, təkcə sərtliyi ilə deyil, əsgərlərə qarşı qəddarlığı ilə seçilirdi. Əqli cəhətdən normal deyildi, söyüşsüz dayana bilmirdi. Gözümün qabağında əsgərləri zorla uzandırıb, kəmərlərini çıxarıb bütün gücü ilə başlarına döyürdü. Hətta Xankəndidən olan uşaqlar onu zorla “cipdən” düşürüb, döyüb, rütbələrini qoparıb, üzünə tüpürüblər. Onu bizdən köçürəndə bütün alay rahat nəfəs aldı. Adamlar deyirdilər ki, müharib başlayanda, birinci bunu güllələyəcəyik”.

Qeyd edək ki, baş terrorçu Araik Arutyunyan Vitali Balasanyanı "təhlükəsizlik şurasının katibi" vəzifəsindən azad edib və Ararat Melkumyanı onun yerinə təyin edib.

Yenipress.az

Xəbər xətti